"Sivasspor"un yeni baş məşqçisi müəyyənləşib

"Sivasspor"un yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. Klubun saytında yer alan məlumata görə, komanda Tamer Tunaya tapşırılıb. 42 yaşlı mütəxəssislə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Tamer Tuna başa çatan mövsümdə "Göztəpə" klubunda işləyib. O, 2014-2015 mövsümündə "Sivasspor"da köməkçi məşqçi vəzifəsini yerinə yetirib.

Bütün xəbərlər Facebook səhifəmizdə