“Yuventus”un futbolçusu “Arsenal”da

“Yuventus”un futbolçusu “Arsenal”da

Mövsümün sonunda “Yuventus”dan ayrılacağı dəqiqləşən Ştefan Lixtştayner karyerasını İngiltərədə davam etdirməyə yaxındır. Qol.az-ın xarici mətbuata istinadən yaydığı məlumata görə, isveçrəli futbolçu “Arsenal”la razılığa gəlib. Yaxın günlərdə 34 yaşlı müdafiəçinin London klubu ilə 1 illik müqavilə bağlayacağı gözlənilir. Qeyd edək ki, Lixtştaynerin “Yuventus”la sözləşməsi gələn ayın 30-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə