“Qəbələ” ilə müqaviləsi başa çatan Ruslan Qurbanov Qol.az-a müsahibə verib. Komandadan getməsiylə bağlı yayılan xəbərlərə münasibət bildirən futbolçu maraqlı fikirlər səsləndirib.
- Mətbuatda “Qəbələ”dən ayrılmağın haqda xəbərlər yayılıb. Doğrudan komandadan getmisən?
- Düzdür, klubla müqaviləm başa çatıb. Amma mənə heç kim konkret olaraq, nəsə deməyib. Özüm də mətbuatdan oxudum ki, “Qəbələ” Ruslanla yollarını ayırıb. Nəsə bilsəm, sizə də deyəcəm.
- Bu barədə “Qəbələ” rəsmilərindən kiminləsə danışmısan?
- Xeyr. Bu söz-söhbətlərin hardan çıxdığını bilmirəm. Yenə deyirəm, klubdan mənə heç bir məlumat verilməyib. Qərarı gözləyirəm. Ya oturub danışacam, ya da başqa klub axtaracam.
- Başqa təkliflərin var?
- Əlbəttə, təkliflər var. Amma “Qəbələ” ilə məsələ bilinəndən sonra açıqlayacağam.
- Təkliflər Azərbaycandandır, yoxsa xarici klublardan?
- Azərbaycanda heç bir klubla danışıq aparmamışam. Yalnız bunu deyə bilərəm.
- “Qəbələ”də qalmaq istəyirsən?
- Ehtiyatda oturmaq yox, ilk növbədə oynamaq istəyirəm. Ona görə də məhz daimi oynayacağım komandada olacam.
- Kubokun bir addımlığında uduzdunuz və mövsümü titulsuz başa vurdunuz. Bu barədə nə deyə bilərsən? “Keşlə” ilə final oyununda meydana çıxmasan da, fikirlərin maraqlıdır...
- Cəzalı olduğum üçün oyunu buraxdım. Futboldur, kimin imkanı oldusa, o komanda da qol vurdu. “Keşlə”ni təbrik edir və onlara Avropa Liqasında uğurlar arzulayıram.
- Bəs dünən niyə millimizin heyətində Qırğızıstana qarşı oynamadın?
- Qurban Qurbanov meydana buraxmadı. “Qəbələ”nin son oyunların oynamamışdım. Ona görə də indi mənə çətindir. Yenə də öz şansımı gözləyəcəm.
- Roman Qriqorçuk “Qəbələ”dən getməsinə münasibətin necədir?
- Ona “sağ ol deyirəm” və gələcək karyerasında daha böyük nailiyyətlər arzulayıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB