Manuel Noyer yaşıl meydanlara qayıdır

Manuel Noyer yaşıl meydanlara qayıdır

"Bavariya"nın və Almaniya millisinin qapıçısı Manuel Noyer uzun müddət fasilədən sonra yaşıl meydanlara qayıdır. "Reuters"in yaydığı xəbərə görə, 32 yaşlı qolkiper Avstriya millisi ilə iyunun 2-də keçiriləcək yoxlama oyununda meydana çıxacaq. Almaniya millisinin qapıçılar üzrə məşqçisi Anderas Kepke Noyerin oyuna tam hazır olduğunu deyib: "Noyerə bu oyun lazımdır. Uzun sürən zədədən sonra meydana çıxmalıdır ki, onun tam sağaldığına əmin olaq".

Xatırladaq ki, M.Noyer ötən ilin sentyabrında zədələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə