Xəbər verdiyimiz kimi, noyabrın 20-də Bakıda "Sərhədçi" Olimpiya İdman Mərkəzində dünya boks seriyasının (WSB) açılış mərasimi keçiriləcək, "Baku Fires" və "Beijing Dragons" – dünya üzrə seçilmiş 12 franşiza komandasından ikisi WSB-nin ilk həftəsonunda 5 çəki dərəcəsində bir-birləri ilə yarışacaqlar. Bununla əlaqədar bu gün mətbuat konfransı və jurnalistlərin qarşısında çəki mərasimi keçirilib.
SİA-nın məlumatına görə, konfrans zamanı məlumat verilib ki, WSB dünyada bu qəbildən olan ilk beynəlxalq miqyaslı komanda boksudur. WSB franşiza boksçularına əmək haqqı verərək dünyanın ən yaxşı həvəskar boksçularına bir peşəkar turnirin strukturunu əhatə edən qlobal müsabiqədə iştirak etmək imkanı yaradır.
Qeyd edək ki, bu yarışda iştirakçılar 2012-ci ildə il Olimpiya Oyunlarında mübarizə aparmaq hüququnu qazanacaqlar.
Konfransda çıxış edən WSB-nin supervayzeri Abdullah Bessalam Azərbaycan Boks Federasiyasının tanınmış qurum olduğunu, Azərbaycanın çoxlu çempionları olduğunu bildirib. "Əminəm ki, yarışlar uğurla keçəcək", - deyə o əlavə edib. Supervayzer bütün boksçulara evlərinə kubokla salamat qayıtmalarını arzulayıb.
Daha sonra çıxış edən "Beijing Dragons" komandasının baş meneceri Yuan Zhiononq buraya Pekindən gəldiklərini, komandasının adının "Pekin Drakonları" mənasını verdiyini qeyd edib. "İlk növbədə mən Peşəkar Boks Liqasının bütün əməkdaşlarına və "Baku Fires" klubuna təşəkkür edirəm", - deyən menecer "Pekin Drakonlar"ının gözəl bir matç nümayiş etdirəcəklərini bildirib. O, komandasının üzvlərini təqdim edib:
"Beijing Dragons"
Lou Şaofanq, Lei Fanq, Xiaobanq Zanq, Xuezi Jiao, Zihua Ma.
"Baku Fires" komandasının baş meneceri Rizvan Gəncəyev isə bu döyüşlərin beynəlxalq layihə olduğunu, Azərbaycan boksçularına öz güclərini göstərmək üçün şans olduğunu qeyd edib. O, döyüşlərin AZTV və İdman Azərbaycan kanalları ilə canlı yayımlanacağını vurğulayıb. Mencer Azərbaycan idmançılarını təqdim edib:
"Baku Fires"
Məhəmməd Əbdülhəmidov (54), Ramal Amanov (61), Soltan Migitinov (73 kq), Denis Poyatska (Ukrayna 85 kq), Maqomedrəsul Məcidov (+91 kq).
Daha sonra çəki mərasiminə start verilib. Öncə WSB-nin supervayzeri çəki qaydaları haqqında məlumat verib və daha sonra çəki prosesi başlanılıb.
İdmançıları, çəki dərəcələrini və rəqiblərini nəzərinizə çatdırırıq:
Məhəmməd Əbdülhəmidov (53,7 kq) - Lou Şaofanq (52,4 kq)
Ramal Amanov (60,9 kq) - Lei Fanq (60,7 kq)
Soltan Migitinov (71,8 kq) - Xiaobanq Zanq (72,8 kq)
Denis Poyatska (84,7 kq) - Xuezi Jiao (78,5 kq)
Maqomedrəsul Məcidov (107,35) - Zihua Ma (116,35 kq)
Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB