Rusiyanın “Zenit” klubunun yeni baş məşqçisi müəyyənləşib. Rusiya klubunun saytında yer alan xəbərə görə, komandanı Sergey Semak çalışdıracaq. Artıq 42 yaşlı məşqçi Sankt-Peterburq təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Semak bu vəzifədə Roberto Mançinini əvəzləyib.
Qeyd edək ki, Rusiya millisinin sabiq üzvü 2010-2013-cü illərdə “Zenit”in futbolçusu olub. Veteran yarımmüdafiəçi 2013-2016-cı illərdə isə “Zenit”in məqşçilər korpusunda yer alıb. O, son olaraq “Ufa”nı çalışdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB