Azərbaycan idmançıları Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən cəzalandırıldılar
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (BAF) sükutu pozdu. SİA-nın məlumatına görə, qurum orqanizmində doppinq sayılan maddələr tapılan Azərbaycan idmançıları barədə qərar verib. Bu barədə BAF-ın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, ağırlıqqaldıranlarımız Zülfüqar Süleymanov və Rövşən Fətullayev 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. İdmançılarımız 2014-cü il aprelin 6-sı və 10-dək yarışlarda iştirak edə bilməyəcəklər.
Bununla əlaqadar Azərbaycan Ağır Atletika Federasiyasına zəng etsək də, federasiya rəsmisi heç bir məlumat verməyərək bütün suallarımızı baş məşqçiyə yönləndirməli olduğumuzu bildirdi. Baş məşçi isə hazırda Azərbaycanda olmadığından (Antaliyada təlim-məşq toplanışındadır) suallarımıza yalnız 2 həftədən sonra cavab verə biləcək.
Xatırladaq ki, Azərbaycan təmsilçilərində Minskdə keçirilmiş Avropa çempionatda orqanizminlərində doppinq sayılan maddələr tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB