“Neftçi" İK-nın atletləri ölkə çempionatında 4 qızıl medal qazanıblar
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə respublika çempionatı keçirilib. SİA-nın məlumatına görə, yarışda 15 klubdan 100-dən artıq idmançı medallar uğrunda mübarizə aparıb. “Neftçi İdman Klubu”nun atletləri ölkə çempionatının 4 qızıl medalına sahib olublar.
Klubun yetirmələrindən Zəkiyyə Həsənova qadınlar arasında 100 və 200 metr məsafələrə qaçış yarışlarında finişə ən tez çatan idmançı olub.
Kişilərin mübarizəsində Nazim Babayev uzunluğa tullanma yarışında 7,54 metr nəticə göstərərək liderliyə yüksəlib. Orxan Qasımov isə nizə atma növündə 40,70 metr nəticə ilə Azərbaycan çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB