"Zirə" Milan Duriçlə yollarını ayırıb

"Zirə" Milan Duriçlə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" klubu futbolçusu Milan Duriçlə yollarını ayırıb. SİA-nın məlumatına görə, 31 yaşlı serbiyalı müdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. Duriç 2016-cı ilin yayından "Zirə"də çıxış edirdi.

Qeyd edək ki, "Zirə" Topaz Premyer Liqasını 4-cü pillədə başa vursa da, növbəti mövsüm Avrokuboklarda iştirak etməyəcək. Avropada sonuncu təmsilçimiz ölkə kubokunun finalında "Qəbələ"ni məğlub edən "Keşlə" olub.

Bütün xəbərlər Facebook səhifəmizdə