"Aue"nin baş məşqçisi ilə müqavilə ləğv edilib

"Aue"nin baş məşqçisi ilə müqavilə ləğv edilib

Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Aue" klubunun baş məşqçisi Hannes Dryus istefa verib. SİA-nın məlumatına görə, 36 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, II Bundesliqada çıxış edən "Aue” mövsümü 40 xalla 16-cı pillədə başa vurub və liqada yerini qorumaq üçün pley-offda "Karlsrue”dən iki oyunun nəticəsinə görə üstün olub və çempionatda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə