Rusiyada təşkil olunacaq 2018-ci il dünya çempionatına sayılı günlər qalıb. SİA-nın məlumatına görə, "Nielsen" kompaniyası bununla bağlı 3.5 min nəfər rus arasında sorğu keçirib. Məlum olub ki, 11-69 yaşlı əhalinin 96 faizi ölkənin nüfuzlu turnirə ev sahibliyi edəcəyindən xəbərdardır. Respondentlərin 83 faizi mundialın oyunlarını izləyəcəyini deyib. 73 faiz rus oyunlara evdə, 23 faiz isə bar, pub və başqa ictimai yerlərdə baxacağını bildirib. Maraqlıdır ki, sorğuda iştirak edənlərin 4 faizi Rusiyada dünya çempionatının təşkil olunacağından xəbərsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB