Messi: "Argentinada ancaq "Nevell's Old Boyz"da oynayaram"

Messi: "Argentinada ancaq "Nevell's Old Boyz"da oynayaram"

Lionel Messi karyerasını bitirmək istədiyi klubun adını açıqlayıb. SİA-nın məlumatına görə, "Barselona"nın ulduzu karyerasını vətənində - "Nevell's Old Boyz" klubunda bitirmək istədiyini bildirib: "Hər zaman demişəm, bir gün Argentinada oynamaq istəyirəm. Baş tutub-tutmayacağını bilmirəm, amma beynimdə hər zaman bu var. Argentinada ancaq "Nevell's Old Boyz"da oynayaram. Başqa heç bir komandada oynamaram. Ən azından 6 ay belə olsa, bu klubun formasını geyinmək istəyirəm".

Qeyd edək ki, Messi 1994-2000-ci illərdə "Nevell's Old Boyz" klubunda çıxış edib və 2001-ci ildə "Barselona"ya transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə