Futbol üzrə Azərbaycan Kubokunun “Keşlə” və “Qəbələ” komandaları arasında keçirilən final oyunundan sonra mükafatlandırma mərasimi və möhtəşəm atəşfəşanlıq təşkil olunub. SİA-nın məlumatına görə, Peşəkar Futbol Liqası tərəfindən təşkil olunan mərasimdə ilk olaraq səhnəyə oyunu idarə edən hakimlər, daha sonra finalçı, yekunda isə Azərbaycan Kubokunun qalibi “Keşlə” dəvət olunub. Mükafatları AFFA-nın prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın I vitse-prezidenti Elşad Nəsirov və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB