"Liverpul" Əmrə Canın mövqeyinə oyunçu transfer edib

"Liverpul" Əmrə Canın mövqeyinə oyunçu transfer edib

"Liverpul" komandadan ayrılacağı böyük ölçüdə dəqiqləşən Əmrə Canın mövqeyinə oyunçu transfer edib. SİA-nın məlumatına görə, komanda "Monako"nun dayaq yarımmüdafiəçisi Fabinyonu heyətinə qatıb. Braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Mersisaydlılar bu keçid üçün "knyazlıq klubu"na 50 milyon avro ödəyib.

24 yaşlı oyunçu "Liverpul"a keçdiyi üçün xoşbəxt olduğunu vurğulayıb: "Çox xoşbəxtəm. "Liverpul" böyük klubdur. Bu, həmişə arzuladığım idi. "Liverpul"un tarixinə keçmək və kuboklar qazanmaq üçün çalışacağam".

Qeyd edək ki, "Monako" Fabinyonu 2015-ci ildə "Riu Ave"dən 6 milyon avroya almışdı. Yarımmüdafiəçi cari mövsüm 45 oyuna 8 qol vurub, 5 qol ötürməsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə