Gimnastikanın akrobatika növü üzrə gənclər arasında ölkə çempionatı başa çatıb. SİA-nın məlumatına görə, yarışda qadın cütlüklərinin mübarizəsində idman ustaları İrina Merkulova, Xoşqədəm Quliyeva, birinci dərəcəli idmançılar arasında Afaq Məhərrəmli, Pərizad Quliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Cəmilə İbrahimli, Elvinə Valeşeva, Ayşən Səlimovadan ibarət qadın üçlüyü də çempion adına layiq görülüb. Kişilərdən ibarət qrupların yarışında isə Pərvin Pənahov, Nahid Ağadadayev, Adil Feyzullayev, Nihad Bağırov, qarışıq cütlüklər arasında Eldar Hüseynov və Cəmilə İbrahimli, kişi cütlükləri arasında İsmayıl Hacızadə, Tacəddin Hacıyev hamıdan üstün olub.
Qeyd edək ki, yarışda 39 akrobat mübarizə aparıb. Turnirdə 5 kişi, 6 qadın cütlüyü, 2 qarışıq cütlük, bir qadın üçlüyü və kişilərdən ibarət iki qrup iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB