“Qəbələ”nin baş məşqçisi istefa verib

“Qəbələ”nin baş məşqçisi istefa verib

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan kubokunun finalında “Qəbələ” “Keşlə”yə 0:1 hesabı ilə uduzaraq titulsuz qalıb. SİA-nın məlumatına görə, oyundan sonra komandanın baş məşqçisi Roman Qriqorçuk istefa verib. Kubokun finalında uduzduqları üçün Qriqorçuk bu qərarı qəbul edib.

Xatırladaq ki, ukraynalı mütəxəssis 2015-ci ildən "Qəbələ"ni çalışdırırdı. "Qırmızı-qaralar" 53 yaşlı mütəxəssisin rəhbərliyi altında 2 dəfə Avropa Liqasının qrupunda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə