Teymur Rəcəbov dünya ikincisi oldu

Teymur Rəcəbov dünya ikincisi oldu
Moskvada keçirilən şahmatın blits növü üzrə dünya çempionatı başa çatıb. SİA-nın məlumatına görə, çempionatda Azərbaycan təmsilçisi Teymur Rəcəbov gümüş medal qazanıb. Yekunda şahmatçımızın aktivində 24 xal olub.
Yarışın birinci yerində 24,5 xalla erməni Levon Aronyan, 3-cü yerində isə norveçli Maqnus Karlsen qərarlaşıb.
Digər təmsilçimiz Şəhriyar Məmmədyarov 19,5 xalla 8-ci, Rauf Məmmədov isə 18 xalla 12-ci yerə çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə