Futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. SİA-nın məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutan matçda “Qəbələ” və “Keşlə” üz-üzə gəlib. "Keşlə" 1:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə bu titulu qazanıb.
Cümhuriyyətimizin 100 illik yubileyi günündə keçirilən qarşılaşmada Azərbaycanı növbəti avrokubok mövsümündə təmsil edəcək sonuncu komandanın da adına aydınlıq gəlib. Premyer Liqada mövsümü 4-cü pillədə başa vurmuş “Zirə” avrokuboklardan kənar qalıb. Kuboka sahib olan "Keşlə" Avropa Liqasına yüksəlib.
28 may (bazar ertəsi)
Azərbaycan Kubokunun finalı
20:00 “Keşlə” - “Qəbələ” 1:0
Qol: Pərdis Fərcad-Azad, 71
Qırmızı vərəqə: İlqar Qurbanov, 89 ("Qəbələ")
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi : Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB