30 yaşlı xorvatiyalı futbolçu “Milan”da

30 yaşlı xorvatiyalı futbolçu “Milan”da

Xorvatiya millisinin üzvü İvan Striniç karyerasını “Milan”da davam etdirəcək. İtaliya mətbuatına açıqlamasında “Sampdoriya”dan ayrıldığını bildirən 30 yaşlı müdafiəçi “Milan”la 3 illik müqavilə imzaladığını deyib. O, “rossonyerlər”in DÇ-2018-dən sonra bu transferi rəsmən açıqlayacağını bildirib. Qeyd edək ki, Striniç “Napoli”, “Dnepr”, “Hayduk” kimi klublarda da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə