Samet Aybaba “Bursaspor”da

Türkiyənin “Bursaspor” futbol klubunun yeni baş məşqçisinin kimliyi məlum olub. Türkiyə mətbuatının yazdığına görə, bu barədə klub prezidenti Ali Ay məlumat verib. O bildirib ki, Superliqa təmsilçisinin “sükanı arxası”na Samet Aybaba gətirilib. O bildirib ki, yeni mövsümdə komandanı S.Aybaba çalışdıracaq.

Qeyd edək ki, “Bursaspor” 2017/2018 mövsümünün gedişində Paul Le Quenlə yollarını ayırdıqdan sonra axırıncı 6 turda baş məşqçi vəzifəsini İvko Qançev yerinə yetirib. Komanda isə 39 xalla 13-cü yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə