Gimnastlarımız Budapeştdə 8 medal qazanıblar

Gimnastlarımız Budapeştdə 8 medal qazanıblar

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə idman gimnastları arasında keçirilən beynəlxalq turnir başa çatıb. Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir ki, yığmamız yarışda 8 medala sahib olub.

Belə ki, komandamızın hesabına ən çox medalı Səməd Məmmədli yazdırıb. O, dəstəli at üzərində çıxışlarına görə qızıl, dayaqlı tullanmada gümüş, parallel qollarda bürünc medala yiyələnib. Daha bir bürünc medalı isə gimnastımız çoxnövçülükdə qazanıb. Növbəti qızıl medalı aktivimizə Cavidan Babayev əlavə edib. O, halqalarda çıxışını birinci yerdə başa vurub.

Digər idmançımız Ramin Dəmirov halqalarda gümüş, çoxnövçülükdə bürünc medalla mükafatlandırılıb. Ağamurad Qəhrəmanovun turnikdəki çıxışı isə onu fəxri kürsünün ikinci pilləsinə yüksəldib.

Bütün xəbərlər Facebook səhifəmizdə