Məhəmməd Salah dünya çempionatında iştirak edəcəkmi?

Məhəmməd Salah dünya çempionatında iştirak edəcəkmi?

İngiltərənin "Liverpul" klubunun və Misir yığma komandasının yarımmüdafiəçisi Məhəmməd Salah Çempionlar Liqasının finalında çiynindən aldığı zədədən sonra yenidən yaşıl meydanlara qayıdacağına əmin oldugunu bildirib. SİA xəbər verir ki, bu barədə o öz "Twitter" hesabında yazaraq qeyd edib ki, bütün çətinliklərə baxmayaraq çempionatda iştirak edəcək, Rusiyada olacaq. Futbolçu etiraf edib ki, o gün çox ağır gecə idi. “Amma mən döyüşçüyəm və bütün çətinliklərə baxmayaraq, əminəm ki, mənimlə fəxr etməyiniz üçün Rusiyada olacağam. Sizin sevgi və dəstəyiniz mənə ehtiyac duyduğum gücü verəcək" – deyə o qeyd edib.

Oncə Misirin idman naziri Xaled Əbd Al-Əziz bildirmişdi ki, Məhəmməd Salahın aldığı zədədən sonra müalicəsi iki həftə çəkəcək.

Qeyd edək ki, misirli futbolçu Çempionlar Liqasının final oyununda İspaniyanın “Real Madrid” yığmasının oyunçusu Serxio Ramosla toqquşmadan sonra çiynindən zədə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə