Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Azər Məhərrəmov “BakuTriClub” klubunun üzvləri ilə görüşüb. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı bildirilib ki, bu yaxınlarda idmançılar mötəbər “Ironman” yarışlarında çıxış edəcəklər. Firdovsi Kərimov iyunun 17-də Astanada keçiriləcək “Ironman 70.3” turnirində mübarizə aparacaq. Sonra isə F.Kərimov və diqər triatlonçumuz Aleksandr Parhomovskiy Frankfurtda Avropa çempionatında qüvvələrini sınacaqlar. Yarış iyulun 8-də baş tutacaq.
A.Məhərrəmov idmançılara uğurlar arzulayıb.
Xatırladaq ki, “BakuTriClub” Azərbaycan Triatlon Federasiyasının təşəbbüsi ilə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə