Noyabrın 20-də cüdo üzrə Bakı şəhər çempionatına start veriləcək. SİA-nın məlumatına görə, yarış Şağan Olimpiya İdman Komleksində təşkil olunacaq. Yarışdan öncə çempiontın təntənəli açılış mərasimi olacaq. Mərasimdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev, kompleksin direktoru və digərləri iştirak edəcəklər. Açılış mərasimi saat 11:00-da başlayacaq.
Yarışda 1990-91-ci il təvəllüdlü idmançılar iştirak edəcəklər. Çempionatda medallar uğrunda 60 idmançı mübarizə aparacaq. Yarış 2 gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB