2026-cı il dünya çempionatının Bakıda təqdimatı olub

2026-cı il dünya çempionatının Bakıda təqdimatı olub

Futbol üzrə 2026-cı ildə keçiriləcək XXII dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürmüş ABŞ, Kanada və Meksika Futbol federasiyalarının tender qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıya səfər edib. SİA xəbər verir ki, AFFA-nın inzibati binasında Assosiasiyanın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov ilə görüşən qonaqlar dünya çempionatına ev sahibliyinə namizədlikləri ilə bağlı təqdimatla çıxış ediblər.

Dünya çempionatını qəbul etmək üçün namizədliyini irəli sürmüş digər ölkə Mərakeşdir.

Bütün xəbərlər Facebook səhifəmizdə