"Xəzər Lənkəran"ın futbolşusu Alim Qurbanov Azərbaycan Premyer Liqasının XIII turunun "Simurq"la oyununda "Xəzər Lənkəran"ın rekordunu təkrarlayıb. SİA-nın məlumatına görə, klubun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 33 yaşlı yarımmüdafiəçi 155-ci dəfə komandanın formasında meydana çıxaraq Rəşad Abdullayevə çatıb. Komanda yaranan gündən "Xəzər Lənkəran"ın sıralarında olan və yalnız 2009-cu ilin ilk yarısını icarə əsasında "Karvan"da top qovan Qurbanov "Simurq"la qarşılaşmadakı əlamətdar hadisəni matçın qəhrəmanı olmaqla qeyd edib. Belə ki, məhz onun qolu matçda yeganə olub. Artıq növbəti turda Alim yeni tarix yazıb klubun mütləq rekordçusu ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB