Bu gün Bayıl stadionunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək. SİA-nın məlumatına görə, oyunda futbol veteranlarından ibarət “Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən təşkil olunmuş “Futbol funksionerləri” komandası qarşılaşacaq. Qarşılaşmanı sabiq FIFA referisi Tahir Süleymanov idarə edəcək. Onun köməkçiləri Cəmil Quliyev və Xəyalə Əzizzadə olacaq. Yoldaşlıq oyunu saat 17:00-da başlayacaq.
Komandaların heyətini diqqətinizə çatdırırıq:
“TƏCRÜBƏ” |
“FUTBOL FUNKSİONERLƏRİ” |
1. Hüseyn Məhəmmədov 2. Tərlan Əhmədov 3. Arif Əsədov 4. Elxan Abdullayev 5. İqor Getman 6. Nazim Süleymanov 7. Vidadi Rzayev 8. Oqtay Abdullayev 9. Maşallah Əhmədov 10. Musa Qurbanov 11. Mahmud Qurbanov 12. Ramiz Məmmədov 13. Bəxtiyar Musayev 14. Mehman Allahverdiyev 15. Yaşar Hüseynov 16. Araz Qulamov 17. Yunis Hüseynov 18. Kənan Kərimov 19. Fərrux İsmayılov 20. Təbriz Həsənov 21. İradə Quliyeva |
1. Ramiz Kərimov 2. Elxan Məmmədov 3. Firuz Abdulla 4. Şahin Cəfərov 5. Zaur Hacı-Məhərrəmov 6. Əfqan Kərimov 7. Bəxtiyar Osmanov 8. Emin Cəfərov 9. Cavid Cəlilov 10. Riad Rəfiyev 11. Əliyar Ağayev 12. Ramin Həsənov 13. Zaur Həşimov 14. Ramin Quliyev 15. Siyasət Əsgərov 16. Fərrux Hüseynzadə 17. Aleksandr Qross 18. Aysun Əliyeva 19. Kamilla Məmmədova |
Bütün xəbərlər Facebook səhifəmizdə