UEFA "Milan"a ciddi sanksiyalar tətbiq edə bilər

UEFA "Milan"a ciddi sanksiyalar tətbiq edə bilər

UEFA "Milan"ın maliyyə "fair play"i ilə bağlı problemləri klubla həll etmək üçün könüllü müqavilə üzrə təklifini rədd edib. SİA-nın məlumatına görə, "Milan"ın maliyyə hesabları UEFA klublarının maliyyə nəzarəti üzrə Apellyasiya Məhkəməsi tərəfindən araşdırılacaq. Bu iş üzrə məhkəmə iclası isə iyun ayında keçiriləcək.

Klubu ciddi sanksiyalar, xüsusilə də, transfer qadağası, böyük həcmdə cərimə və ya növbəti mövsümdə Avropa Liqasında çıxış etməyə qadağa gözləyir. "Rassonyerilər" Avrokuboklardan kənarlaşdırılarsa, Avropa Liqasının qrup mərhələsində Atalanta, təsnifat mərhələsində isə Fiorentina çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə