U-19 (qızlar) yoldaşlıq oyunu keçirib

U-19 (qızlar) yoldaşlıq oyunu keçirib

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız məğlub olub - 1:2. Yığmamızın yeganə qolunu Sona Rəhimova vurub.

Bu komandalar arasında növbəti oyun mayın 25-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə