"Neftçi" PFK-nın Azərbaycan Premyer Liqasının 2010/11 mövsümünün qış fasiləsi üçün hazırlıq planı müəyyənləşib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komanda üzvləri gələn ilin oyunlarına 3 mərhələdə hazırlaşacaqlar. Futbolçular əvvəlcə yanvarın 7-8-də Bakıda tibbi baxışdan keçəcəklər. "Ağ-qaralar" yanvarın 10-da ölkə xaricinə yollanacaqlar. Türkiyənin Antalya şəhərində keçiriləcək ilk mərhələ ayın 20-də yekunlaşacaq. İkinci mərhələ isə 24 yanvar - 4 fevral aralığında yenidən Antalyada baş tutacaq. Futbolçuları baş məşqçi Arif Əsədovun rəhbərliyi altında hazırlıq tapşırıqlarını yerinə yetirməklə yanaşı, bir neçə yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar. Hazırlığın sonuncu mərhələsi isə Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB