"Barselona"nın yarımmüdafiəçisi Andre Qomeş yayda klubunu dəyişəcək. SİA-nın məlumatına görə, mayın 19-u portuqaliyalı futbolçu əşyalarını toplayıb və klubun bazasını tərk edib. O, komanda yoldaşlarına bu hərəkətinin səbəbini izah etməyib. Qeyd olunur ki, A.Qomeş İspaniyada qalmaq istəyir. Onun xidmətlərində "Yuventus" da maraqlıdır.
Geridə qalan mövsümdə 24 yaşlı futbolçu Primeranın 16 matçında meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB