Azərbaycan peşəkar boksçuları Bakıda Asiya boksçularına qarşı

Azərbaycan peşəkar boksçuları Bakıda Asiya boksçularına qarşı
Noyabrın 20-də Dünya boks tarixində ilk dəfə olaraq Sərhədçi Olimpiya İdman Mərkəzində AİBA bayrağı altında peşəkarlar arasında görüşlər keçiriləcək. SİA-nın məlumatına görə, bu yarışda Azərbaycanı təmsil edən "Baku Fires" komandası da mübarizə aparacaq. Komandamız Asiya qitəsində Pekin, Astana, və Koreyanın İnçeon şəhərlərinin boksçuları ilə yarışacaq. "Baku Fires" ilk görüşünü Çinin "Beijing Dragons" klubuna qarşı keçirəcək. Qeyd edək ki, Avropa və Amerika qitəsində də hərəsində 4 komanda mübarizə aparır. Sonda hər qrupun qalibi və ən yaxşı nəticə göstərən 2-ci yeri tutmuş komanda yarımfinalda güclərini sınayacaqlar. Komanda yarışları başa çatdıqdan sonra fərdi görüşlər də keçiriləcək. Fərdi görüşlərin yekununda hər çəkidə birinci olmuş boksçular 2012-ci ildə keçiriləcək London Olimpiadasına vəsiqə qazanacaqlar. Görüşlər 5 çəkidə – 54, 61, 73, 85 və +91 kq çəki dərəcələrində keçiriləcək. Bununla bağlı, noyabrın 19-u saat 13:00-da "Land Mark" otelində mətbuat konfransı keçiriləcək. Tədbirdə "Baku Fires" və "Beijing Dragons" klubunun boksçuları və rəsmilər iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə