Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzunda üzgüçülük üzrə "Şən delfin" Bakı şəhər payız birinciliyi keçirilib. SİA-nın məlumatına görə, üzgüçülük üzrə "Şən delfin" Bakı şəhər payız birinciliyinin açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini cənab R.Əliyev və Hövsan Olimpiya İdman Kompleksinin direktoru cənab Məmməd Eyvazov iştirak edib.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəis müavini R.Əliyev idmançıları salamladıqdan sonra ölkə prezidenti İlham Əliyevin idmana və idmançılaramıza göstərdiyi diqqət və qayğıdan danışaraq, son zamanlar ölkəmizdə yeni tikilən üzgüçülük hovuzlarının əhalinin istifadəsinə verilməsini qeyd edib.
Daha sonra Hövsan Olimpiya İdman Kompleksinin direktoru Məmməd Eyvazov idmançıları salamlayıb, üzgüçülük üzrə "Şən delfin" Bakı şəhər payız birinciliyinin ilk dəfə Hövsan Olimpiya İdman Kompleksində keçirildiyini vurğulayıb, yarışda iştirak edən bütün idmançılara uğurlar arzulayıb..
Birincilikdə 13 komanda - "F-land", "Təhsil RİM", "Neft Akademiyası", "AzDBTİA", "15№-li UGİM", "Start İƏK", "Suraxanı rayonu 318 saylı orta məktəb", "Neftçi İSM", "Astoria İK", "Sumqayıt UGİM", "Sərhədçi OİK", "Gənclik İK" (15 qız, 75 oğlan) iştirak edib.
Yarışda böyük yaşlı oğlanlar 1998-ci il təvəllüd, böyük yaşlı qızlar 1999-cu il, kiçik yaşlı oğlanlar 1999-2000, kiçik yaşlı qızlar 2000-2001-ci il təvəllüd olmaqla 10 məsafə üzrə mübarizə aparıblar.
Nəticələr:
100 m kompleks üsulla
qızlar arasında oğlanlar arasında
I yerə Əhmədova Cəmilə (AzDBTİA) I yerə Əliyev Emil (AzDBTİA)
II yerə Hisyan Yuliya (Təhsil RİM) II yerə Ataş İbrahim (Sərhədçi OİK)
III yerə Anayuşenko Anna (318 s. məktəb) III yerə Ayhan Tevfiq (Neftçi İSM),
200 m kompleks üsulla
qızlar arasında oğlanlar arasında
I yerə Səmədova Ramina (AzDBTİA) I yerə Ayhan Murad (Neft Akademiyası)
II yerə Əhmədova Alina (Sərhədçi OİK) II yerə Axundov Bahadur (Gənclik İK)
III yerə Səfərli İltac (Sumqayıt UGİM) III yerə Əsgərova Nicat (Sumqayıt UGİM)
50 m batterflyay üsulla
qızlar arasında oğlanlar arasında
I yerə Stisyuk Yuliya (Təhsil RİM) I yerə Həsənov Teymur (15№-li UGİM)
II yerə Andruşenko Anna (318 s. məktəb) II yerə Boqatinov Rüstəm (HOİK)
III yerə Zeynalova Nazan (Sərhədçi OİK) III yerə Mustafayev Rüfət (15№-li UGİM)
100 m batterflyay üsulla
qızlar arasında oğlanlar arasında
I yerə Əhmədova Alina (Sərhədçi OİK) I yerə Yusifov Şamil (15№-li UGİM)
II yerə Stisyuk Yuliya (Təhsil RİM) II yerə Quliyev Sabir (15№-li UGİM)
III yerə Andruşenko Anna (318 s. məktəb) III yerə Həsənov Mahir (HOİK)
50 m arxa üstə krol üsulla
qızlar arasında oğlanlar arasında
I yerə Yusifova Ülkər (Neftçi İSM) I yerə İsmayılov Nazir (15№-li UGİM)
II yerə Stisyuk Yuliya (Təhsil RİM) II yerə Astavari Nicat (Sumqayıt UGİM)
III yerə Əliyeva Dilbər (15№-li UGİM) III yerə Mustafayev Ülvi (15№-li UGİM)
100 m arxa üstə krol üsulla
oğlanlar arasında
I yerə Mahmudzadə Nurlan (Sumqayıt UGİM)
II yerə Əliyev Elnur (15№-li UGİM)
III yerə Əhmədov İlyas (15№-li UGİM)
50 m brass üsulla
qızlar arasında oğlanlar arasında
I yerə Allahverdiyev Məryəm (Neftçi İSM) I yerə Raxmanin Sergey (Start İƏK)
II yerə Ələsgərli Qönçə (HOİK) II yerə Ağayev İlham (AzDBTİA)
III yerə Əliyeva Dilbər (15№-li UGİM) III yerə Həmidmetov Sabir (15№-li UGİM)
100 m brass üsulla
qızlar arasında oğlanlar arasında
I yerə Sadıqova Şəms (HOİK) I yerə Axundov Bahadur (Gənclik İK)
II yerə Səmədova Ramina (AzdBTİA) II yerə Çerkezov Azad (15№-li UGİM)
III yerə Bünyadov Fərid (15№-li UGİM)
50 m sərbəst üsulla
qızlar arasında oğlanlar arasında
I yerə Əhmədova Cəmilə (AzDBTİA) I yerə Mustafayev Rüfət (15№-li UGİM)
II yerə Andruşenko Anna (318 s məktəb) II yerə Yusubov İdris (15№-li UGİM)
III yerə Əsgərli Dilarə (15№-li UGİM) III yerə İsmayılzadə Fərid (318 s məktəb)
100 m sərbəst üsulla
oğlanlar arasında
I yerə Ayhan Murad (Neft Akademiyası)
II yerə Boqatinov Rüstəm (HOİK)
III yerə Abdullazadə Həlcən (15№-li UGİM) layiq görülüblər.
I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən qiymətli xatirə hədiyyələri və diplomlarla təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB