Şahmatın blits növü üzrə Dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, yarışın 28-ci turundan sonra təmsilçimiz Teymur Rəcəbov 16 xal toplayıb. O, bu xalla turnir cədvəlinin 3-cü yerində qərarlaşıb.
Qeyd edək ki, yarışda mübarizə aparan digər iki şahmatçımız Şəhriyar Məmmədyarov və Rauf Məmmədov müvafiq olaraq 8 (14 xalla) və 19-cu (11 xalla) sırada yer alıblar.
İlk iki yerdə isə erməni Levon Aronyan və norveçli Maqnus Karlsendir.
Yarış davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB