"Sumqayıt" Vurğun Hüseynovla yeni müqavilə imzalayıb

"Sumqayıt" Vurğun Hüseynovla yeni müqavilə imzalayıb

"Sumqayıt" futbol klubu 2018/2019 mövsümü üçün heyətini müəyyənləşdirmək məqsədilə çalışmalara başlayıb. SİA-nın məlumatına görə, komanda ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb. 30 yaşlı müdafiəçi komanda ilə yeni ikiillik sözləşməyə imza atıb.

Beş mövsümdür "Gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyan Vurğun 2017/2018 mövsümündə klubun heyətində 20 oyuna çıxıb, 1800 dəqiqə meydanda olub və 1 qol vurub. Ümumilikdə, kapitan Sumqayıtın heyətində 131 qarşılaşmada meydana çıxıb.

Qeyd edək ki, Vurğun Hüseynovun "Sumqayıt"da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, "Xəzər Lənkəran"la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə