Futbol üzrə milli komandamızın heyəti açıqlanıb. SİA-nın məlumatına görə, "Neftçi” PFK-nın 5 üzvü – Səlahət Ağayev, Ruslan Abışov, Namik Ələskərov, Rəhman Hacıyev və Emin Mahmudov milliyə dəvət alıb.
Futbolçular yığma komandanın heyətində mayın 23-dən iyunun 2-dək Bakıda, iyunun 3-dən 6-dək Astanada, 7-dən 9-dək isə Riqada təlim-məşq toplanışında olacaqlar. Millimiz hazırlıq prosesi çərçivəsində mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, 9-da isə Latviya ilə yoldaşlıq görüşü keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB