Baqali Dabo Premyer Liqanın bombardiri olub

Baqali Dabo Premyer Liqanın bombardiri olub

Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümünün ən sərrast oyunçusu “Qəbələ”nin üzvü Baqali Dabo olub. SİA-nın məlumatına görə, bütün rəqiblərini qabaqlayan hücumçu 13 qolla çempionatın ən sərrast oyunçusu adına layiq görülüb. Peşəkar Futbol Liqası tərəfindən “Azersun Arena”da keçirilən mükafatlandırma mərasimində Baqali Daboya bombardir üçün hazırlanmış xüsusi hədiyyəni AFFA-nın baş katibi Elxan Məmmədov təqdim edib. Baqali Dabo eyni zamanda “Qəbələ”nin üzvü kimi gümüş medala sahib çıxıb. Dabo gümüş medalını Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdən alıb.
Qeyd edək ki, ötən mövsümün ən sərrast oyunçuları Rauf Əliyev və Filip Ozobiç də hazırda “Qəbələ”nin formasını geyinirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə