Dünən yoldaşlıq oyunları çərçivəsində millimizlə AÇ-2012-nin təsnifat mərhələsində bir qrupda yer alan komandalar da qüvvələrini sınayıblar. SİA-nın məlumatına görə, millimizin çıxış etdiyi "A" qrupunun lideri Almaniya səfərdə İsveçlə qarşılaşıb. Tərəflər bir-birinin müqavimətini qıra bilməyiblər və meydandan sülhlə ayrılıblar.
Son matçda Azərbaycana məğlub olan Türkiyə yığma komandası isə səfərdə Hollandiya ilə qarşılaşıb. Görüşün taleyini bir qolla həll edən hollandlar qələbə qazanıblar. Türkiyə yığma komandası isə ardıcıl üçüncü qarşılaşmasından məğlub ayrılıb.
Avstriya isə doğma azarkeşləri qarşısında Yunanıstana müqavimət göstərə bilməyib. Belçika isə səfərdə Rusiyanın qonağı olub və rəqibinə heç bir şans verməyib.
İsveç – Almaniya – 0:0
Hollandiya – Türkiyə – 1:0
Qol: Huntelaar, 52
Rusiya – Belçika – 0:2
Qollar: Lukaku, 2. 73.
Avstriya – Yunanıstan – 1:2
Qollar: Fuş, 67 – Samaras, 49. Fotakis, 81
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB