"Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən "Mingəçevir reqatası-2010" beynəlxalq turnirində akademik avarçəkənlərin mübarizəsinə də yekun vurulub. SİA-nın məlumatına görə, bu növ üzrə mübarizəyə ümumilikdə 55 idmançı qatılıb. Onlardan 50-si kişi, 5-i isə qadın olub. Azərbaycanı 41 kişi, 4 qadın, Gürcüstanı 7 kişi, Rusiyanı 2 kişi, Ukraynanı isə 1 qadın avarçəkən təmsil edib. Onlar 1 nəfərlik (1X), 2 nəfərlik qoşa avarlı (2X), 2 nəfərlik sükansız (2-), 4 nəfərlik sükansız (4-) və 4 nəfərlik qoşa avarlı (4X) qayıqlarla 2000 metr məsafəyə yürüşdə mübarizə aparıblar.
Ən gərgin mübarizə 1 nəfərlik qayıqla yürüşdə qeydə alınıb. 16 idmançının qatıldığı mübarizənin yekununda yeniyetmələr arasında ikiqat dünya çempionu, gənclər arasında dünya çempionatının gümüş mükafatçısı Aleksandr Aleksandrov qızıl medal qazanıb. O, 2000 metr məsafəni 8 dəqiqə 1,83 saniyəyə qət edib. İqor Xmara 8 dəqiqə 10,08 saniyə nəticə ilə ikinci, Boris Yotov 8 dəqiqə 11,76 saniyə göstərici ilə üçüncü olub. Yotovun cəmi 14 yaşı var. Onun kişilərin yarışında mükafatçılar sırasına düşməsi böyük istedadından xəbər verir. Hər üç Azərbaycan təmsilçisi rusyalı Ruslan Çufitsov və gürcüstanlı Laşa Motiaşvili, eləcə də həmyerlimiz Kamal Məmmədovu böyük fərqlə geridə qoyub.
2 nəfərlik sükansız (2-) qayıqla eyni məsafəyə yürüşdə yenə azərbaycanlı Fuad Mirzəyev – Aleksandr Qlotov dueti hamıdan güclü olub. Onlar 2000 metr məsafəni 7 dəqiqə 41,30 saniyəyə qət ediblər. Digər həmyerlilərimiz – Kamran Yusubov və Əbdürəşid Mustafindən ibarət duet 7 dəqiqə 51,19 saniyə nəticə ilə ikinci olub. Üçüncü yerə isə 8 dəqiqə 0,09 saniyə göstərici ilə Temuri Bayaşvili – Ekerle Ukleba (Gürcüstan) dueti layiq görülüb.
13 duetin qatıldığı 2 nəfərlik qoşa avarlı qayıqla (2X) 2000 metr məsafəyə yürüşdə də azərbaycanlı cütlük hamıdan güclü olub. Gənclər arasında dünya çempionatının finalçıları Cavid Əfəndiyev və İqor Xmaradan ibarət duet 7 dəqiqə 22,20 saniyə ilə finişə birinci çatıb. Sergey Ustinov – Ruslan Çufitsov (Rusiya) dueti 7 dəqiqə 36,28 saniyə nəticə ilə ikinci, Fərid Saadov – Emin Əliyev (Azərbaycan) dueti isə 7 dəqiqə 46,91 saniyə göstərici ilə üçüncü yeri tutub.
4 nəfərlik qoşa avarlı qayıqla (4X) 2000 metr məsafəyə yürüşdə Laşa Motiaşvili – Georgi Muxadgverdeli - Temuri Bayaşvili – Erekle Ukleba (Gürcüstan) kvarteti birinci yeri tutub. Onlar 7 dəqiqə 8,72 saniyə nəticə göstəriblər. Kamal Xanlarov – Emin Əliyev – Fərid Saadov – Qardaşxan Hüseynli kvarteti 7 dəqiqə 17,46 saniyə nəticə ilə ikinci, Nicat Həşimov – Mehdi Hüseynov – Asif Həşimov – Orxan Bayramov kvarteti isə 8 dəqiqə 15,16 saniyə göstərici ilə üçüncü olub.
4 nəfərlik sükansız qayıqla (4-) 2000 metr məsafəyə yürüşdə cəmi 2 kvartet yarışıb. Aleksandr Qlotov – Fuad Mirzəyev – Kamran Yusubov – Əbdürəşid Mustafin "4-lüy"ü 6 dəqiqə 55,46 saniyə nəticə ilə birinci, Bayram Əliyev – Novruz Əliyev – Ülvi Salmanzadə - Nurlan Mahmudov kvarteti isə 7 dəqiqə 17,11 saniyə göstərici ilə ikinci olub.
Qadınların eyni məsafəyə 1 nəfərlik qayıqla (W1X) yürüşündə Viktoriya Çepikova (Azərbaycan) 9 dəqiqə 32,47 saniyə nəticə ilə birinci olub.
2 nəfərlik qoşa avarlı qayıqla (W2X) yürüşdə ukraynalı Natalya Natoka ilə azərbaycanlı Viktoriya Çepikova birgə çıxış edib. Onlar 8 dəqiqə 39,06 saniyə nəticə ilə birinci olublar. Alyona Kaporeyko – Angelina Angeluns dueti isə 9 dəqiqə 25,08 saniyə göstərici ilə ikinci yeri tutub.
Teniki nəticələr
Akademik avarçəkmə
Məsafə: 2000 metr
Kişilər
1 nəfərlik qayıq (1X)
1. Aleksandr Aleksandrov (Azərbaycan) – 8:01.83
2. İqor Xmara (Azərbaycan) – 8:10.08
3. Boris Yotov (Azərbaycan) – 8:11.76
4. Ruslan Çufitsov (Rusiya) – 8:30.93
5. Laşa Motiaşvili (Gürcüstan) – 8:35.22
6. Kamal Məmmədov (Azərbaycan) – 8:36.68
2 nəfərlik qoşa avarlı qayıq (2X)
1. Cavid Əfəndiyev – İqor Xmara (Azərbaycan) – 7:22.20
2. Sergey Ustinov – Ruslan Çufitsov (Rusiya) – 7:36.28
3. Fərid Saadov – Emin Əliyev (Azərbaycan) – 7:46.91
4. Qardaşxan Hüseynli – Kamal Xanlarov (Azərbaycan) – 8:01.94
5. Temuri Natelaşvili – Georgi Muxadqverdeli (Gürcüstan) – 8:05.48
6. Heydər Hüseynzadə - Kamran Kazımov (Azərbaycan) – 9:05.00
2 nəfərlik sükansız qayıq (2-)
1. Fuad Mirzəyev – Aleksandr Qlotov (Azərbaycan) – 7:41.30
2. Kamran Yusubov – Əbdürəşid Mustafin (Azərbaycan) – 7:51.19
3. Temuri Bayaşvili – Erekle Ukleba (Gürcüstan) – 8:00.09
4. Bayram Əliyev – Novruz Əliyev (Azərbaycan) – 8:11.22
5. Nurlan Mahmudov – Ülvi Salmanzadə (Azərbaycan) – 8:18.42
4 nəfərlik qoşa avarlı qayıq (4X)
1. Laşa Motiaşvili – Georgi Muxadqverdeli – Temuri Bayaşvili – Erekle Ukleba (Gürcüstan) – 7:08.72
2. Kamal Xanlarov – Emin Əliyev – Fərid Saadov – Qardaşxan Hüseynli (Azərbaycan) – 7:17.46
3. Nicat Həşimov – Mehdi Hüseynov – Asif Həşimov – Orxan Bayramov (Azərbaycan) – 8:15.16
4. Heydər Hüseynzadə - Kamran Kazımov – Elxan Namazov – Pavel Tağıyev (Azərbaycan) – 8:46.59
5. Ülfət İmanzadə - Nurlan Nəbiyev – Səbuhi Həsənov – İslam Əhmədov (Azərbaycan) – 8:51.72
4 nəfərlik sükansız qayıq (4-)
1. Aleksandr Qlotov – Fuad Mirzəyev – Kamran Yusubov – Əbdürəşid Mustafin (Azərbaycan) – 6:55.46
2. Bayram Əliyev – Novruz Əliyev – Ülvi Salmanzadə - Nurlan Mahmudov – 7:17.11
Qadınlar
1 nəfərlik qayıq (1X)
1. Viktoriya Çepikova (Azərbaycan) – 9:32.47
2. Natalya Natoka (Ukrayna) – 9:51.49
3. Angelina Angeluns (Azərbaycan) – 10.09.48
4. Alyona Kaporeyko (Azərbaycan) – 10:19.40
5. Nigar Nəhmətova (Azərbaycan) – 10:33.72
2 nəfərlik qoşa avarlı qayıq (W2X)
1. Natalya Natoka (Ukrayna) – Viktoriya Çepikova (Azərbaycan) – 8:39.06
2. Alyona Kaporeyko – Angelina Angelunts (Azərbaycan) – 9:25.08.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB