Azərbaycan idmançıları rəqib tanımadılar

Azərbaycan idmançıları rəqib tanımadılar

"Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən "Mingəçevir reqatası-2010" beynəlxalq turnirində kayak və kanoe qayıqlarında avarçəkənlər çıxışlarını başa vurublar. SİA-nın məlumatına görə, iki gün davam etmiş mübarizəyə ümumilikdə 56 kişi və 8 qadın idmançı qatılıb.
Onlar 5 ölkəni - Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna və İranı təmsil ediblər. Kayakçıların yarışında 35 kişi, 8 qadın avarçəkən qüvvəsini sınayıb. Kişilərdən 30-u Azərbaycanın, 4-ü Gürcüstanın, 1-i İranın, qadınlardan 3-ü Azərbaycanın, 3-ü Gürcüstanın, 2-si Ukraynanın idman şərəfini qoruyub. 21 kanoeçidən isə 11-i Azərbaycanı, 4-ü Rusiyanı, 4-ü Gürcüstanı, 2-si isə Ukraynanı təmsil edib. Bir sözlə, 64 kayak və kanoeçi arasında Azərbaycanın 44, Gürcüstanın 11, Rusiya və Ukraynanın hərəyə 4, İranın 1 idmançısı yer alıb.

Kayak və kanoeçilər əvvəlki illərdə keçirilmiş analoji turnirlərlə müqayisədə keyfiyyət baxımından da fərqləniblər. Bu mənada, xüsusən, kanoeçiləri qeyd etmək olar. Böyüklər arasında dünya çempionu Valentin Demyanenko, Avropa çempionu və dünya çempionatlarının mükafatçıları Sergey Bezuqlıy və Maksim Prokopenko, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının finalçısı Adnan Əliyev, yeniyetmələr arasında dünya çempionları Roman Ananyev və Leonid Tilş, Avropa çempionatının gümüş mükafatçısı Andrey Kraytor belələrindəndir. Kayakçıların yarışında isə Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, 1996-cı il Atlanta, 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının iştirakçısı Nataliya Fikilisova, beynəlxalq turnirlərin mükafatçıları Vlada Kositskaya, Rüfət Vəlizadə, Mirnazim Cavadov, Tamerlan Mustafayev, Vahid Həsənov və digərləri çıxış ediblər. Onlar 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərdə qüvvələrini sınayıblar.

Yalnız qadınların kayak yarışları istisna olmaqla, digər yürüşlərdə qızıl medallara Azərbaycan təmsilçiləri yiyələniblər. Mirnazim Cavadov fərdi mübarizədə 1 qızıl, üstəlik Rüfət Vəlizadə ilə birgə 2 nəfərlik qayıqla yürüşdə daha 2 qızıl medal,  Tamerlan Mustafayev 2 qızıl, 1 gümüş, Yasin Əhmədov - Sahib Hüseynov dueti isə 1 qızıl, 1 gümüş medal qazanıblar.

Kanoeçilərin yürüşləri isə böyük marağa səbəb olub və gərginliyi ilə yadda qalıb. 200 metrlik məsafəyə sprinter yürüşündə ikiqat dünya çempionu Valentin Demyanenko nəyə qadir olduğunu bir daha sübuta yetirib. Digər təmsilçimiz Andrey Kraytor Demyanenkoya cəmi 0,83 saniyə uduzsa da, Leonid Tilşi 0,85 saniyə geridə qoya bilib. Bununla belə, Kraytor 500 metrlik məsafəni hamıdan öndə qət edib. Ona daha iki kanoeçimiz Maksim Prokopenko və Adnan Əliyev də mane ola bilməyib. Əvəzində 1000 metr məsafəyə yürüşdə Əliyev 1 nəfərlik, Prokopenko isə Sergey Bezuqlıyla birgə 2 nəfərlik qayıqla hamını üstələyib. Rusiyalı kanoeçilər ən yaxşı halda 2-ci yerlə kifayətləniblər.

Qadınların mübarizəsində ukraynalı kayakçılar hamıdan üstün olub. Vlada Kositskaya 500 metr və 200 metr, Nataliya Fikilikova isə 1000 metr məsafəni öndə tamamlayıb. Sevindirici haldır ki, azərbaycanlı kayakçılar Nuriyə Axundova, Yaqut Məmmədova və Gülsüm Qafarova güclü rəqibləri ilə sonadək rəqabət aparıblar. Bu isə onların gələcək yarışlar üçün təcrübə toplamaları baxımından əhəmiyyətli sayıla bilər.

Kayak
Kişilər
1000 metr
1 nəfərlik qayıq (K1)

1. Tamerlan Mustafayev - 4:13.08
2. Yasin Əhmədov - 4:15.08
3. Badri Kavelaşvili (Gürcüstan) - 4:31.86

2 nəfərlik qayıq (K2)

1. Rüfət Vəlizadə - Mirnazim Cavadov - 4:13.08
2. Vahid Həsənov - Aleksandr Piçugin - 4:04.51
3. Cəfərli Rəsul - Elman Əliyev - 4:10.99

500 metr
1 nəfərlik qayıq (K1)

1. Tamerlan Mustafayev - 1:57.29
2. Vahid Həsənov - 1:59.95
3. Badri Kavelaşvili (Gürcüstan) - 2:05.12

2 nəfərlik qayıq (K2)

1. Rüfət Vəlizadə - Mirnazim Cavadov - 1:56.36
2. Yasin Əhmədov - Sahib Hüseynov - 1:56.96
3. Vahid Həsənov - Aleksandr Piçugin - 2:04.17

Məsafə: 200 metr
1 nəfərlik qayıq (K1)

1. Mirnazim Cavadov - 0:48.12
2. Tamerlan Mustafayev - 0:50.22
3. Amil Hüseynov - 0:52.06


2 nəfərlik qayıq (K2)

1. Yasin Əhmədov - Sahib Hüseynov - 0:47.13
2. Georgi Martelaki - Şalva Tabatadze (Gürcüstan) - 0:48.06
3. Səlimov Qulam - Turqut Minasazov - 0:49.33

Qadınlar
1000 metr
1 nəfərlik qayıq (K1)

1. Nataliya Fiklisova (Ukrayna) - 4:36.62
2. Vlada Kositskaya (Ukrayna) - 4:47.89
3. Yekaterina Şaburaşvili (Gürcüstan) - 5:09.86

500 metr
1 nəfərlik qayıq (K1)

1. Vlada Kositskaya (Ukrayna) - 2:07.76
2. Natalya Fiklisova (Ukrayna) - 2:14.19
3. Yekaterina Şaburaşvili (Gürcüstan) - 2:27.79

2 nəfərlik qayıq (K2)

1. Axundova Nuriyə - Məmmədova Yaqut
2. Şaburaşvili Teona - Şaburaşvili Yekaterina (Gürcüstan)

Məsafə: 200 metr
1 nəfərlik qayıq (K1)

1. Vlada Kositskaya (Ukrayna) - 0:55.23
2. Nataliya Fiklisova (Ukrayna) - 0:58.10
3. Yekaterina Şaburaşvili (Gürcüstan) - 1:05.45

Kanoe
1000 metr
1 nəfərlik qayıq (K1)

1. Adnan Əliyev - 4:33.62
2. Sergey Usmayev (Rusiya) - 4:40.12
3. Andrey Kraytor - 4:38.27

2 nəfərlik qayıq (K2)

1. Maksim Prokopenko - Sergey Bezuqlıy - 4:04.85
2. Viktor Xromov - Leonid Tilş (Rusiya) - 4:05.21
3. Varlam Nadiradze - Zaza Nadiradze (Gürcüstan) - 4:34.99

Məsafə: 500 metr
1 nəfərlik qayıq (K1)

1. Andrey Kraytor - 2:02.60
2. Maksim Prokopenko - 2:04.74
3. Adnan Əliyev - 2:07.77

Məsafə: 200 metr
1 nəfərlik qayıq (K1)

1. Valentin Demyanenko - 0:50.85
2. Andrey Kraytor - 0:51.68
3. Leonid Tilş (Rusiya) - 0:52.53.

Bütün xəbərlər Facebook səhifəmizdə