Güllə atıcılarımız Dünya Kubokunda yarışacaqlar

Güllə atıcılarımız Dünya Kubokunda yarışacaqlar

Mayın 22-29-da Almaniyanın paytaxtı Münhendə güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək. SİA-nın məlumatına görə, yarışa Azərbaycan millisi də qatılacaq.

Dünya Kubokunda ölkəmizi Jalə Bayramova, Ruslan Lunyov və Nigar Nəsibova təmsil edəcəklər. Onlar 10 m və 25 m məsafələrə atəşaçma yarışlarında hədəf önünə keçəcəklər.

Yarışa ümumilikdə 85 ölkədə 823 snayper qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə