"Bavariya" Aryen Robben ilə müqaviləni uzadıb

"Bavariya" Aryen Robben ilə müqaviləni uzadıb

Almaniyanın "Bavariya" klubu futbolçu Aryen Robben ilə mövsümün sonunda bitəcək müqavilənin müddətini daha bir il artırıb. Klubun saytında yer alan məlumatda deyilir ki, 34 yaşlı yarımmüdafiəçi 2019-cu ilin iyun ayına kimi Münhen təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Aryen Robben 2009-cu ildən "Bavariya"nın şərəfini qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə