“Hünər meydanı”na yekun vurulub

“Hünər meydanı”na yekun vurulub

"Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən gənclər arasında güləş üzrə "Hünər meydanı" respublika turniri başa çatıb. SİA-nın məlumatına görə, turnirin son günündə sərbəst güləş üzrə 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində 97 pəhləvan öz qüvvəsini sınayıb.

Yarışda Hidayət Həsənli (66 kq), İbrahim Yusibov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq) və Aslan Dzebişov (120 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sərbəst güləş yarışlarında komanda hesabında Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyi (Bakı) birinci, 7 saylı nümayəndəliyi (Gəncə) ikinci və 2 saylı nümayəndəliyi (Sumqayıt) üçüncü yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə