Avropa çempionu: ““Hələ “Kür” Təlim-Tədris Mərkəzi kimi möhtəşəm baza görməmişdim” - AÇIQLAMA
""Kür" Təlim-Tədris Mərkəzi çox gözəldir və burada məşqlər üçün hər cür şəraiti var". Bu sözləri SİA-ya açıqlamasında Mingəçevir reqatasında mübarizə aparan Avropa çempionu, rusiyalı idmançı Roman Ananyev deyib. O, burda suyun isti olmasını xüsusi vurğularaq qeyd edib ki, bu baza Avropanın ən möhtəşəm idman qurğularındandır: "Hələ "Kür" Təlim-Tədris Mərkəzi kimi möhtəşəm baza görməmişdim".
İdmançı yarışda yüksək rəqabət olduğunu, çox güclü avarçəkənlərin iştirak etdiyini qeyd edib.
O, Azərbaycan idmançılarını tanıdığını, onlarla dünya və Avropa çempionatlarında yarışdığını dilə gətirib: "Onlar güclü idmançılardır və ümid edirəm ki, bu yarışda da yüksək nəticələr əldə edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB