İngiltərə Premyer Liqasında çempionluq arzusunu növbəti mövsümə qədər təxirə salan "Tottenhem" heyətində bir sıra dəyişikliklər etməyi planlaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 5 futbolçu yayda komandanı tərk edə bilər. Bunlar Tobi Alderveyreld, Denni Rouz, Mussa Dembele, Fernando Lyorente və Mussa Sissokodur.
Baş məşqçi Maurisio Poçettino klub prezidenti Daniel Levidən transfer büdcəsini də artırmağı xahiş edib. Levi argentinalı mütəxəssislə razılaşıb və yay transfer pəncərəsində bir neçə yeni futbolçunun "Tottenhem"ə gələcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB