Avropa Liqalarında mövsüm demək olar ki, başa çatıb. SİA-nın məlumatına görə, Çempionlar Liqasının finalında oynayacaq "Liverpul" isə bir neçə ay öncə müqavilə imzaladığı Nəbi Keytanın yolunu gözləyir. Transfer ötən il rəsmiləşsə də, onun məbləği "Leypsiq"in Bundesliqada tutduğu yerdən asılı olaraq müəyyənləşdiriləcəkdi. Klub 6-cı yeri tutduğuna görə, "qırmızılar"ın transferə 52.75 milyon funt xərci çıxacaq. "Leypsiq" Çempionlar Liqasına vəsiqə qazansaydı, transferə 59 milyon avro sərf olunacaqdı. Turnir cədvəlində 7 və daha aşağı yer transfer qiymətini 49 milyon funta endirəcəkdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB