Tomas Tuxel PSJ-nin yeni baş məşqçisi oldu

Tomas Tuxel PSJ-nin yeni baş məşqçisi oldu

PSJ yeni baş məşqçisini açıqlayıb.Klubun saytında yer alan xəbərə görə, bu posta gənc alman məşqçi Tomas Tuxel təyin olunub. Onunla iki illik müqavilə imzalanıb. O, daha əvvəl mövsümün sonunda klubdan gedəcəyini açıqlamış Unay Emerini əvəzləyib.

Qeyd edək ki, 44 yaşlı Tuxel 2009-2014-cü illərdə “Maynts”da, 2015-2017-ci illərdə isə Dortmund “Borussiya”sında işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə