Argentinalı futbolçu Karlos Teves karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Hazırda “Boka Xuniors”da çıxış edən Teves “Canal 13”-ə açıqlamasında klubla müqavilə müddəti bitdikdən sonra futboldan gedəcəyini deyib.
“Boka” ilə müqavilə müddətim başa çatdıqdan sonra karyeramı bitərəcəm. Dərhal məşqçi və ya klub funksioneri olmaq fikrim yoxdur. Başqa bir kluba getməyəcəm və karyeramı “Boka”nın formasında bitirəcəm”.
Qeyd edək ki, karyerası ərzində “Mançester Yunayted”, “Mançester Siti”, “Yuventus” kimi klublarda çıxış etmiş 34 yaşlı futbolçunun “Boka Xuniors”la müqavilə müddəti 2019-cu ilin dekabrında bitəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB