Azər Əliyev AYOF Komissiyasının üzvü seçilib

Azər Əliyev AYOF Komissiyasının üzvü seçilib

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev Avropa Olimpiya Komitələrinin (AOK) Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (AYOF) Komissiyasının üzvü seçilib. MOK-un mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, seçki Serbiyanın paytaxtı Belqradda AOK-un iclası çərçivəsində keçirilib. Toplantıda AOK-un müxtəlif komissiyalarının 4 illik fəaliyyətinə yekun vurulub və növbəti 4 il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Azərbaycanı A.Əliyevdən əlavə, AOK İcraiyyə Komitəsinin üzvü, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edib.

Qeyd edək ki, 2019-cu ildə AYOF Bakıda təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə