Voleybol millimiz Slovakiya yığmasını məğlub edib

Voleybol millimiz Slovakiya yığmasını məğlub edib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. SİA-nın məlumatına görə, Sloveniyada Qızıl Avropa Liqasına hazırlaşan Faiq Qarayevin yetirmələri bu dəfə Slovakiya yığmasını sınağa çəkiblər. Yığmamız çətinlik çəkmədən qələbə qazanıb - 3:0 (25:19, 25:14, 25:12).

Xatırladaq ki, komandamız ilk görüşdə Avstriyaya 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15) hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, mayın 16-dək Mariborda təlim-məşq toplanışında olacaq millimizin Sloveniya və Xorvatiya ilə yoxlama oyunları da nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə